DÜNYA

04 Sentyabr

Litium nəhəngindən 4,3 milyard dollarlıq satınalma təklifi

Avstraliyanın litium mədən şirkəti "Liontown Resources Ltd". dünyanın ən böyük akkumulyator metalları istehsalçısı olan "Albemarle Corp"-dan 6,6 milyard Avstraliya dolları (4,3 milyard ABŞ dolları) dəyərində yeni alış təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Liontown"un təklifdən sonra sövdələşməni qəbul etməyi düşündüyü bildirilir.

Avstraliya mədən şirkətinin səhmləri Sidneydə 8,8 % artaraq mart ayından bəri ən böyük qazancını əldə edib.

Mümkün sövdələşmənin metala artan tələbat fonunda startapların və ya əvvəllər az tanınan şirkətlərin səhmlərinin qiymətlərinin 10 dəfədən çox artdığı Avstraliyanın litium sektorunda dramatik yüksəlişə təkan verəcəyi gözlənilir.

Elektrikli avtomobil akkumulyatorlarının əsas komponenti olan litiumun qiymətləri keçən ilin sonundakı pik həddi ilə müqayisədə yarıya qədər ucuzlaşıb.

Bu, bəzi mədənçilərin səhmlərinin dəyərlərinin azalmasına səbəb oldu və daha təmiz enerjiyə keçidin vacib hissəsi olan sövdələşmə aktivliyinin artmasına kömək etdi.

Zəminə Hüseyn
Fins.az