Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, avqustda inflyasiya gözləntilərin üstündə olub.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, inflyasiya avqust ayında bir əvvəlki aya görə 9,09%, ötən ilin eyni ayına görə isə 58,94 % olub.
İqtisadçılar aylıq inflyasiyanın 7 % , illik inflyasiyanın isə 55, 9 % olacağını gözləyirdilər.
Baza inflyasiya 56,09 %-dən 64,85 %-ə yüksəldi, gözlənti 61,7 % olacağı idi.
Zəminə Hüseyn
Fins.az