DÜNYA

04 Sentyabr

Türkiyədə avqustda xarici ticarət kəsiri 8,88 milyard dollar olub

Türkiyə Ticarət Nazirliyi avqust ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, avqustda xarici ticarətin kəsiri 8,88 milyard dollar təşkil edib.

Ötən ilin eyni ayına görə ixrac 1,6% artaraq 21 milyard 619 milyon dollar, idxal isə 6,3% azalaraq 30 milyard 494 milyon dollar olub.

Belə ki, xarici ticarət kəsiri avqust ayında ötən ilin eyni ayına nisbətən 21,2% azalaraq 8 milyard 875 milyon dollara enib.

Zəminə Hüseyn
Fins.az