DÜNYA

01 Sentyabr

Rusiya xarici bazarlara gündəlik neft tədarükünü 300 min barel azaltmağa başlayır

Rusiya OPEC+ çərçivəsində xarici bazarlara neft tədarükünü sentyabr ayında gündəlik 300 min barel azaltmaq üzrə könüllü öhdəliklərini yerinə yetirməyə başlayıb.

Fins.az TASS-a istinadla xəbər verir ki, hələ mart ayında Rusiya neft hasilatını könüllü olaraq fevral ayı ilə müqayisədə gündəlik 500 min barel azaltmağa başlamışdı. Bu azaldılmanın qüvvədə olma müddəti bir neçə dəfə - əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiyanın OPEC+ ölkələri ilə Rusiya neftinin xarici bazarlara tədarükünün azaldılması üçün yeni parametrlər barədə razılığa gəldiyini, onların gələn həftə açıqlanacağını bildirib.