DÜNYA

01 Sentyabr

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 11 milyon 486 min barel azalaraq, təxminən 422 milyon 41 min barel təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) proqnozlarında əksini tapıb.

Analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 milyon 900 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.