DÜNYA

31 Avqust

Almaniyada iyul ayında illik inflyasiya 6,1% təşkil edib

Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üzrə qiymət artımları ilə bağlı aparıcı məlumatları açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyada iyulda 6,2 % olan illik inflyasiya avqustda 6,1%-ə düşüb.

Bazar gözləntiləri inflyasiyanın 6%-ə düşəcəyi ilə bağlı idi. Ölkədə inflyasiyanın səviyyəsi aylıq olaraq 0,3 % artıb.

Zəminə Hüseyn
Fins.az