DÜNYA

30 Avqust

İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini planlaşdırır

İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini planlaşdırır.

Fins.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

Məlumata əsasən, Benyamin Netanyahu hökumətinin müxtəlif nazirliklərindən ibarət peşəkar işçi qrupuna İsrailin hazırkı qaz ixracı üçün alternativlər üzərində işləməyə başlamağı tapşırıb.

Nəzərdə tutulan variantlardan biri də İsrailin ən böyük dəniz qaz yatağı olan Leviathandan Türkiyəyə qədər dənizaltı boru kəmərinin uzadılmasıdır.