DÜNYA

30 Avqust

ABŞ-da iş yerləri 2021-ci ilin martından bəri ən aşağı səviyyədədir

ABŞ Əmək Departamenti iyul ayı üçün JOLTS Open Jobs Count məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkədəki boş iş yerlərinin sayı iyul ayında əvvəlki ayla müqayisədə 338 min azalaraq 8 milyon 827 minə enib.

Gözləntilərin altına düşən boş iş yerləri sayının bu dövrdə 9 milyon 500 min ətrafında olacağı gözlənilirdi.

Ardıcıl 3 aydır azalan vakansiyaların sayı sözügedən dövrdə 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb. İyun ayında açıq iş yerlərinin sayı 9 milyon 165 min olub.

Zəminə Hüseyn
Fins.az