Böyük Britaniya Pərakəndə Konsorsiumu (BRC) avqustda ölkədə pərakəndə satış qiymətlərinin artması ilə bağlı məlumat yayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ərzaq qiymətləri avqust ayında yavaşlayıb və 11,5 % artıb.
Əvvəlki ayda ölkədə ərzaq məhsullarının qiymətində artım 13,4 % olub. Açıqlamada, bu göstərici 2022-ci ilin sentyabr ayından bu yana ən aşağı səviyyəyə çatdığı qeyd edilib.
Əvvəlki ayda ölkədə mağazalarda məhsulların qiyməti 7,6% artmışdı.
Zəminə Hüseyn
Fins.az