Avstraliya Ehtiyat Bankının direktor müavini Mişel Bullok xəbərdarlıq etdi ki, inflyasiyanın öhdəsindən gəlmək üçün yeni faiz artımına ehtiyac ola bilər, lakin rəhbərlik məlumatları çox diqqətlə izləyir və hələlik aylıq əsaslarda qərarlar verəcək.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın ortalarından mərkəzi bankın direktoru vəzifələrini icra edəcək olan Bullok, Avstraliyada inflyasiyanın çox yüksək olaraq qaldığını və qurumun rəhbəri kimi onun prioritetinin bununla mübarizə aparmağın olacağını qeyd etdi.