DÜNYA

29 Avqust

Almaniyada işsizlik gözləntiləri artıb

Almaniya Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutu (IAB) avqust ayı üzrə əmək bazarı barometrinin nəticələrini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, institutun əmək bazarı barometri avqustda 0,6 bənd azalaraq 100,5 bənd olub.

Beləliklə, əmək bazarı üçün barometr 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Zəminə Hüseyn
Fins.az