2023-ci ilin iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının arrması ilə yanaşı, onların ümumi kapitalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 14 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 953,1 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin iyul ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 11,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 10 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.