Stiv Cobsun şəxsi əşyaları və ya işlədiyi müddətdə yaratdığı məhsullar hərrac yolu ilə rekord qiymətə satılır.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Stiv Cobsun 1976-cı ilin mart ayında Apple-1 kompüteri üçün reklamının mətni bu həftə hərracda 175.000 dollara satılıb.
Bu günə qədər ən yüksək qiymətə satılan kağız parçası idi. Apple-1 kompüterinin özü hərracda 400 min dollara satılıb.
Stiv Cobs reklam nüsxəsini notebook səhifəsində yazıb. Cobs kompüterin texniki xüsusiyyətlərindən danışarkən onun potensialı haqqında öz şərhlərini əlavə edib. Apple-1 kompüterində 8K RAM, daxili klaviatura və video çıxışı kimi xüsusiyyətlər var idi.
Zəminə Hüseyn
Fins.az