Səudiyyə Ərəbistanı qeyri-neft sektorunda da Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Fins.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının sənaye və təbii sərvətlər naziri Bəndər bin İbrahim Əlxorayef açıqlama verib.
Məlumata əsasən, o, Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu üçün Türkiyə ilə əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkib.
"Türkiyə və Səudiyyə Ərəbistanının strateji mövqelərinin əhəmiyyəti çox böyükdür. Bundan əlavə, bərpa olunan enerji, texnologiya, avtomobil və sənaye sahələrində də türk sərmayədarları ilə görüşərək investisiyaların şaxələndirilməsi və yeni ortaqlıqlar qurmağı planlayırıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, 28 avqust tarixində Türkiyənin ticarət naziri Ömər Bolatla Səudiyyə Ərəbistanının sənaye və təbii sərvətlər naziri Bəndər bin İbrahim Əlxorayef arasında görüş keçirilib.