DÜNYA

08 Avqust

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur”, – deyə açıqlamada deyilir.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.