DÜNYA

07 Avqust

Zukerberq Maskla qarşı-qarşıya: döyüşə hazıram

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "X" şirkətinin (keçmiş "Twitter") sahibi İlon Maskla döyüşə hazır olduğunu bildirib.

Fins.az xəbər verir ki, bu barədə M.Zukerberq özünün "Threads" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən bu gün hazıram. O (İlon Mask - red.) ilk dəfə (döyüş - red.) təklif edəndə, mən döyüşün avqustun 26-da keçirilməsini təklif etdim, amma təsdiqini almadım", - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində M.Zukerberqlə döyüşün "X"də canlı yayımlanacağını və bundan əldə edilən bütün gəlirin veteranlara veriləcəyini bildirmişdi.

Fuad Mədətov
Fins.az