DÜNYA

01 Avqust

Avrozonada işsizlik səviyyəsi 6.4% səviyyəsində qalıb

Avropa Statistika Agentliyi "Eurostat"-ın hesabatına görə, iyunda Avrozonada işsizlik səviyyəsi may ayında olduğu kimi, 6.4% səviyyəsində qalıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, analitiklər indeksin 6.5% səviyyəsində olacağını ehtimal edirdilər.

Aİ-də iyunda işsizlik əvvəlki ay ilə eyni, 5.9% səviyyəsində qalıb.

2022-ci ilin iyun ayında Avrozonada işsizlik səviyyəsi 6.7%, Aİ-də isə 6.1% təşkil edirdi.

İyunda Aİ-də işsizlərin sayı 12.802 milyon nəfər təşkil edib ki, bunun da 10.814 milyonu 20 Avrozona ölkələsinə aiddir.

İyun ayında Aİ ölkələri arasında ən aşağı işsizlik Malta (2.6%), Çexiya və Polşada (hər iki ölkədə 2.7%), həmçinin Almaniyada (3%) qeydə alınıb. Ən yüksək göstərici İspaniya (11.7%), Yunanıstan (11.1%), Litva və İsveçdə (bu ölkələrdə işsizlik 7.5%) müşahidə olunub.