DÜNYA

01 Avqust

Avrozonada istehsal səhasində PMI indeksi iyul ayında zəifləyib

SP Global qeyd edir ki, Avrozonanın sənaye istehsalı sahəsində biznes aktivliyi indeksi (PMI) yekun qiymətləndirməyə əsasən, iyunda 43.4 bənddən iyulda 42.7 bəndədək azalıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, göstərici proqnozla üst-üstə düşüb.

Beləliklə, bu, 3 il ərzində göstərici üçün minimum səviyyədir.

Eyni zamanda, Almaniyada sənaye istehsalı sahəsində PMI 40.6 bənddən 38.8 bəndə dəyişməklə, 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb. 

Fransada qeyd olunan göstərici 46 bənddən 45.1 bəndədək azalıb. Analitiklər 44.5 bənd səviyyəsinədək eniş proqnozlaşdırırdılar.

İndeksin dəyərinin 50 bənd səviyyəsindən yuxarı olması iqtisadi aktivliyin artdığını, ondan aşağı olması isə enişi göstərir.