Apple-ın əsas təchizatçısı Foxconn Technology Group Hindistanda iki fabrik qurmaq üçün 500 milyon dollara yaxın sərmayə qoymağı planlaşdırır.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, ölkənin cənubundakı Karnataka əyalətində fabriklər qurulacaq və onlardan ən az biri iPhone da daxil olmaqla Apple hissələri istehsal edəcək.
Ştatdakı yeni fabriklərin dəqiq yerləri hələ müəyyənləşdirilməyib. Bu həftə rəsmi açıqlama gözlənilir.
Foxconn və Apple hələlik mövzu ilə bağlı suallara cavab verməyiblər.
Zəminə Hüseyn
Fins.az