DÜNYA

01 Avqust

İngiltərədə istehlak kreditlərinin həcmi beş ilin ən yüksək həddinə çatıb

İngiltərədə artan yaşayış dəyəri səbəbiylə bu ilin iyun ayında istehlakçılar tərəfindən istehlak krediti müraciətlərinin cəmi 1,7 milyard sterlinqə çatdığı bildirilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İngiltərə Bankının (BoE) verdiyi açıqlamada sözügedən kredit məbləğinin 2018-ci ilin aprelindən bu yana ən yüksək səviyyədə olduğu qeyd edilib.

Ölkədə analitiklərin gözləntisi bu ilin iyun ayında istehlak kreditlərinin 1,3 milyard funt sterlinq səviyyəsində reallaşacağı idi.

BoE tərəfindən edilən açıqlamada, bu ilin iyun ayında istehlakçıların kredit kartı xərclərinin təxminən 600 milyon funt sterlinq olduğu vurğulanıb.

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bankların istehlakçıların depozit hesablarına tətbiq etdiyi orta faiz dərəcəsi bu ilin iyun ayında 3,95-dən 4,29-a yüksəlib.

Zəminə Hüseyn
Fins.az