Əvvəlki rübdə böyüməyən Avrozona iqtisadiyyatı ikinci rübdə böyüməyə qayıtdı.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 % artıb. Gözlənti 0,2 % idi.
Birinci rübün məlumatları mənfi 0,1 %-dən 0 %-ə qədər yenidən nəzərdən keçirilib.
İstehlak qiymətləri indeksi (TÜFE) iyul ayında illik bazda 5,5 %-dən 5,3%-ə geriləyib. Gözlənti 5,4 % idi.
Əsas inflyasiya aylıq 0,1 % azalsa da, illik bazda 5,5 % səviyyəsində dəyişməz qalıb.
Zəminə Hüseyn
Fins.az