Meta aprel-iyun dövrü üçün balans hesabatını açıqladı.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin ikinci rübündə 11 % artaraq 32 milyard dollara çatıb.
Meta 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə edib.
Meta-nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 % artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib.
Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb.
Zəminə Hüseyn
Fins.az