2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Trabzon limanı 227 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Trabzon limanı digər ölkələrin bayraqları altında üzən 178 gəmi qəbul edib.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına qəbul edilən xarici gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.
2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları ümumilikdə 28 min 836 gəmi qəbul edib.