DÜNYA

27 İyul

İyun ayında ABŞ-da yeni ev satışları gözləntiləri doğrultmadı

ABŞ Ticarət Nazirliyi iyun ayı üçün yeni ev satış statistikasını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında ABŞ-da yeni ev satışları aylıq bazda 2,5% azalaraq, gözləntilərin altında 697 minə düşüb.

Bazar gözləntilərini qarşılaya bilməyən yeni ev satışlarının bu dövrdə 725 min olacağı gözlənilirdi. Yeni ev satışları may ayında 6,6% artaraq 715 minə yüksəldi.

Zəminə Hüseyn
Fins.az