Hindistan düyü ixracının böyük bir hissəsini qadağan etdikdən sonra Asiyada düyü qiymətləri son üç ilin ən yüksək həddinə çatıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, bütün dünyada insanların əsas ərzaq təminatı ilə bağlı narahatlıqları artırıb.
Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, Asiya üçün etalon hesab edilən Tay ağ düyü 5 % artaraq bir ton üçün 572 dollara çatıb. Beləliklə, Tayland ağ düyü 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistanda basmati olmayan düyü ümumi düyü ixracının təxminən 25 faizini təşkil edir.
Basmati olmayan düyü adətən Asiya və Afrika ölkələrinə ixrac edilir.
Zəminə Hüseyn
Fins.az