Aprel-iyun dövründə ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti Alphabet-in gəlirləri artıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, “Microsoft”un gəliri 8 %, “Alphabet”in gəliri isə 7 % artıb.
“Microsoft”, şirkətinin gəlirləri aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 56,2 milyard dollara çatıb.
"Alphabet"in ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 74,6 milyard dollara çatıb.
Zəminə Hüseyn
Fins.az