Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Tacikistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 6,1 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Tacikistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 9,1 faiz azaldaraq 1,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.