DÜNYA

26 İyul

Dünyanın ən böyük akkumulyator istehsalçısının mənfəəti 63 % artıb

Dünyada elektriklə işləyən avtomobillərin satışlarının artması və litium kimi xammalın qiymətlərinin azalması ilə Çin mərkəzli akkumulyator istehsalçısı Contemporary Amperex Technology (CATL) şirkətinin rüblük mənfəəti artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, CATL-nin ikinci rübdə xalis mənfəəti üç ayda 63 % artaraq 1,5 milyard dollara çatıb.

CATL-in gəliri 56 % artaraq 14 milyard dollara çatıb. Bu rəqəmlərin CATL gəlirinin 12 faizini təşkil edən Tesla-nın satışlarının artmasına səbəb olduğu düşünülür.

Ford, Volkswagen və Hyundai kimi təchizat şirkətləri olan CATL, istehsal etdiyi məhsulların sayını artıraraq, beynəlxalq elektrik avtomobil akkumulyatoru sektorundakı mövqeyini gücləndirib.

Zəminə Hüseyn
Fins.az