DÜNYA

25 İyul

Türkiyənin Tacikistana hazır geyim ixracı artıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Tacikistana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 71,6 faiz artaraq 27,6 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Tacikistana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13 faiz artaraq 3,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.