DÜNYA

25 İyul

Türkiyənin Rusiyaya avtomobil sənayesi məhsulları ixracı artıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Rusiyaya avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz artaraq 460 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Rusiyaya avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 81,9 faiz artaraq 81,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 8,7 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 33,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.