DÜNYA

25 İyul

Rusiyada bank sektorundan ilin birinci yarısında rekord gəlir əldə edilib

Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamada ölkədəki bank sektoru ilə bağlı qiymətləndirmələrə yer verilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı Rusiya bank sektorunun xalis mənfəətinin ilin birinci yarısında 1,7 trilyon rubla (təxminən 19 milyard dollar) yüksəldiyini və tarixin ən yüksək səviyyəsinə çatdığını bildirib.

Açıqlamada, Rusiya bank sektorunun xalis mənfəətinin bir əvvəlki ayla müqayisədə 15 % artaraq iyun ayında 314 milyard rubla çatdığı, sektorun ilin ilk yarısında xalis mənfəətinin isə rekord qıraraq 1,7 trilyon rubla yüksəldiyi bildirilib.

Zəminə Hüseyn
Fins.az