DÜNYA

25 İyul

Portuqaliyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyun aylarında Portuqaliyadan Türkiyə limanlarına 1 milyon 91 min 764 ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Portuqaliyadan limanlara 3 min 200 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 miyon 47 min 841 ton yük çatdırıb.

Bu müddət ərzində Portuqaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 40 min 723 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Portuqaliyadan 3 milyon 704 min 412 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub”, - deyə nazirlikdən bildirilib.