ABŞ-da işgüzar aktivlik iyul ayında 5 ayın ən aşağı artımını qeyd edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, SP Global məlumatlarına görə, iyulda istehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI indeksi 1,2 bənd azalaraq 52-yə düşüb.
Gözləntilər 53 bənd olacağı idi. İndeksin dəyərinin 50-dən yuxarı olması sektorda artımı göstərir. Xidmətlər PMI 54.4-dən 52.4-ə düşərək 5 aylıq minimuma enib. İstehsal PMI 49-a yüksəldi, lakin kritik həddən aşağıda qaldı.
Zəminə Hüseyn
Fins.az