DÜNYA

25 İyul

Almaniya çip istehsalına 20 milyard avro sərmayə qoymağı planlaşdırır

Almaniya hökuməti geosiyasi gərginliyin artması şəraitində texnologiyaların inkişafını stimullaşdırmaq və kritik komponentlərin tədarükünü təmin etmək üçün ölkədə çip istehsalına 20 milyard avro sərmayə qoymağı planlaşdırır.

Fins.az  “Bloomberg” ə istinadən xəbər verir ki, hökumət artıq ABŞ-ın prosessor istehsalçısı “Intel Corp” üçün yeni zavodun tikintisi üçün 10 milyard avroluq investisiyanı təsdiqləyib.

Səlahiyyətlilər indi Tayvan Yarımkeçirici İstehsalat Şirkəti və alman çip istehsalçısı “Infineon Technologies AG”ni genişləndirmək üçün 7 milyard avroluq subsidiya üçün danışıqlar aparır. Ən azı daha 3 milyard avro isə digər layihələrə, o cümlədən mikrosxem istehsalı üzrə birgə müəssisənin tikintisinə sərf oluna bilər.