Cənubi Koreya Mərkəzi Bankının (BoK) açıqladığı aparıcı məlumatlara görə, Cənubi Koreyanın ümumi daxili məhsulu 2023-cü ilin ikinci rübündə illik müqayisədə artıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Cənubi Koreyanın ÜDM-i ötən ilin birinci rübündə 0,9 % artıb.
İqtisadçıların gözləntiləri artımın 0,8 % səviyyəsində olacağı idi.
Rüblük əsasda, birinci rübdə 0.3 % artımdan sonra, ikinci rübdə 0.6 % artaraq 2022-ci ilin ikinci rübündən bəri görülən ən böyük rüblük artımı qeyd edib. Bazar gözləntisi artımın 0,5 % olacağı idi.
Zəminə Hüseyn
Fins.az