DÜNYA

24 İyul

Rəqəmsal rublun istifadəsi Rusiyada başlayır

Rusiya prezidenti Vladimir Putin ölkədə rəqəmsal rublun tətbiqi ilə bağlı qanunu təsdiqləyib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.

Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.

Zəminə Hüseyn
Fins.az