DÜNYA

24 İyul

Avrozonada istehsal fəaliyyəti yavaşlayır

Avrozonada özəl sektorun fəaliyyəti iyul ayında gözləniləndən daha çox azalıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, SP Global məlumatlarına görə, kompozit PMI İndeksi ikinci ayda da enişini davam etdirərək 48,9-a düşüb.

Bu, noyabr ayından bəri ən aşağı səviyyə idi.

İqtisadçıların gözləntisi 49,6 olub.

Zəminə Hüseyn
Fins.az