ASELSAN şirkəti Türkiyədə ən yüksək yerləşmə nisbətində ilk yerli külək turbinləri hazırlayır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi saytından özəl olaraq məlumat verilib.
Məlumata əsasən, külək elektrik stansiyasının 2024-cü ilin ikinci yarısında Alaçatıda quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin 4,3 meqavat gücə malik ilk yerli külək turbininin kritik komponentlərini (generator, enerji çeviricisi, idarəetmə sistemi proqramı və SCADA sistemi) hazırlayan ASELSAN, Elektrik A.Ş. ilə imzaladığı müqavilə çərçivəsində qülləsinin hündürlüyü 100 metr və rotorun diametri 136 metr olan iki külək turbinini quraşdırıb istismara verəcək.
Tikintisi davam edən sınaq laboratoriyası Türkiyədə bu gücün ilk sınaq laboratoriyası olacaq və hərbi platformalarda istifadə edilən mühərrik və sürücü testlərini də həyata keçirə biləcək.
©Trend