Məşhur milyarder İlon Mask sahibi olduğu sosial media platformasında dəyişikliklər ediləcəyini açıqlayıb və tezliklə Twitter markası və loqosu ilə vidalaşacaqlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Mask tvit hesabında bununla bağlı paylaşım edib.
Mask, sahibi olduğu Twitterdəki paylaşımında sosial media platformasının loqosunu dəyişəcəklərini ifadə edərək, tezliklə Twitter markası və tədricən bütün mavi sərçə loqoları ilə vidalaşacağıq.
Musk ikinci yazısında qeyd edib ki, “əgər bu axşam kifayət qədər yaxşı bir X loqosu buraxılarsa, ertəsi gün onu bütün dünyaya təqdim edəcəklər.
Zəminə Hüseyn
Fins.az