Amazon kosmosdan internet layihəsi üçün ilk mərhələdə 120 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət "Starlink"in rəqibi olacaq "Project Kuiper" peyk internet layihəsini sona çatdırmaq üzrədir.
Bu layihə Yer orbitində peyk şəbəkəsi ilə dünyanın istənilən nöqtəsində yüksək sürətli internetə çıxışı təmin etmək məqsədi daşıyır. Şirkət ucuz antenaların və kommunikasiya texnologiyalarının xidmət göstərə bilmədiyi və ya qeyri-kafi olduğu bölgələrə genişzolaqlı xidmət göstərməyi hədəfləyir.
Amazon 2024-cü ildə Project Kuiper prototip peyklərinin ilk partiyasını orbitə çıxarmağa hazırlaşır.
Zəminə Hüseyn
Fins.az