DÜNYA

21 İyul

Hindistan və Yaponiya arasında anlaşma memorandumu imzalanıb

Hindistan və Yaponiya çip tədarük zəncirini gücləndirmək üçün anlaşma memorandumu imzaladılar.

Fins.az xəbər verir ki, Hindistanın The Economic Times xəbər agentliyinə görə, tərəflər Hindistanın paytaxtı Yeni Dehlidə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri Ashwini Vaishnaw və Yaponiyanın İqtisadiyyat və Ticarət Naziri Yasutoshi Nishimura tərəfindən imzalanmış anlaşma memorandumu ilə dizayn, istehsal, avadanlıq araşdırması və təchizat zəncirini gücləndirmək barədə razılığa gəliblər.

Çip sənayesinin 650 milyon dollardan 1 trilyon dollara qədər bir sənayeyə çevriləcəyini qeyd edən Vaishnaw, bunun dünyanın bir çox yerində əhəmiyyətli artıma işarə etdiyini və iki ölkənin bu mövzuda öncül ola biləcəyini söylədi.

Zəminə Hüseyn
Fins.az