DÜNYA

21 İyul

ABŞ-da ikinci əl ev satışları son 5 ayın ən aşağı həddə çatıb

Milli Rieltorlar Assosiasiyası (NAR) iyun ayı üçün ikinci əl ev satış məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında ABŞ-da ikinci əl ev satışları aylıq müqayisədə 3.3% azalaraq son 5 ayın ən aşağı səviyyəsinə düşüb.

Müvafiq olaraq, ölkədə ikinci əl ev satışları mövsümi təsirlərdən təmizlənmiş şəkildə aylıq müqatyisədə 3.3% azalaraq 4.16 milyon olub.

Yanvar ayından bəri ən aşağı səviyyəyə düşən ikinci əl ev satışlarının bu dövrdə 4.20 milyon səviyyəsində reallaşması ehtimal edilirdi. İkinci əl ev satışları may ayında 0.2% artımla 4,30 milyon olaraq qeyd edilmişdi.

Ölkədə ikinci əl ev satışları iyun ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 18.9% azalıb.

Zəminə Hüseyn
Fins.az