DÜNYA

21 İyul

Türkiyənin Fransaya elektrik avadanlıqları ixracı artıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Fransaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 454,3 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Fransaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8 faiz azalaraq 72 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub