DÜNYA

20 İyul

IBM-in gəlirləri ikinci rübdə azalıb

IBM aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 0,4 % azalaraq 15,48 milyard dollar olub.

IBM 2022-ci ilin ikinci rübündə 15,54 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,6 milyard dollara çatıb. IBM-in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,4 milyard dollar olaraq hesablanıb.

Zəminə Hüseyn
Fins.az