"Taxıl Dəhlizi" sazişi başa çatdıqdan sonra palma yağının qiyməti Qara dəniz tədarükü ilə bağlı narahatlıqlar səbəbindən dörd ayın ən yüksək səviyyəsinə yüksəldi.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, taxıl qiymətlərindəki yüksəlişə palma yağı da qoşulub.
Palma yağının qiyməti son dörd ayın ən yüksək həddinə çataraq, hər ton üçün 4000 ringgit (880 dollar) olub.
Kuala Lumpurda fyuçerslər 3,9 % artaraq 4047 ringgit olub, martın 10-dan bəri ən yüksək göstəricidir.
Bütün bu inkişaflar fonunda Malayziyanın palma yağı ixracatında kəskin artımlar var.
Dünyanın ikinci ən böyük istehsalçısından palma yağı tədarükləri iyulun ilk 20 günündə bir ay əvvəllə müqayisədə 19 %-dən çox artıb.
Zəminə Hüseyn
Fins.az