Yaponiyada xarici ticarət statistikası bir müddət iqtisadiyyatın bərpası üzərində güclü hiss olunan təzyiqi azaldan müsbət nəticələrə işarə etdi.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında ölkənin xarici ticarət balansı 43 milyard yen (308 milyon dollar) profisit verib.
Ölkənin ixracı eyni dövrdə 1,5 % artıb, buna avtomobil və inşaat maşınlarının tədarükü daxildir. İdxal isə Yaponiyaya yanacaq daşınmasının kəskin azalması səbəbindən 12,9 % azalıb.
Zəminə Hüseyn
Fins.az