"Activision Blizzard"ın ilin ikinci rübünün maliyyə nəticələri ilə bağlı bəyanatında "Microsoft" ilə birləşmə müqavilələri də yer alıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Microsoft"un kompüter oyunları şirkəti "Activision Blizzard"ı 69 milyard dollara alması ilə bağlı müqavilənin müddəti oktyabrın 18-dək uzadılıb.
Bu kontekstdə, əməliyyata avqustun 29-dan sonra xitam verildiyi təqdirdə "Microsoft", "Activision Blizzard"a 3,5 milyard dollar, sentyabrın 15-dən sonra isə 4,5 milyard dollarlıq xitam haqqı ödəyəcək.
Zəminə Hüseyn
Fins.az