ABŞ-da iyun ayında tikintisinə başlanılan yeni evlərin sayı may ayında 8% azalaraq 1.434 milyona düşüb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçıların orta hesablamaları 1 milyon 480 min olub.
İyun ayında ABŞ-da tikinti üzrə icazələrin sayı may ayı ilə müqayisədə 3.7% azalaraq 1 milyon 440 minə enib. Analitiklər göstəricinin 1 milyon 500 min icazə səviyyəsində açıqlanacağını ehtimal edirdilər.
Zəminə Hüseyn
Fins.az