Beynəlxalq reytinq agentliyi "Fitch Ratings"-in proqnozuna əsasən, 2023-cü ildə Çinin ÜDM-inin artımı ölkənin hökuməti tərəfindən qoyulan 5%-lik hədəfi keçəcək və 5.6% təşkil edəcək.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, proqnoza görə, növbəti 2024 və 2025-ci illərdə ÜDM artımı bir qədər yavaşlayacaq, müvafiq olaraq 4.8% və 4.7% səviyyələrində olacaq.
İşsizliyin azalması istehlakçı inamını dəstəkləyəcək və tələbi artıracaq, lakin istehlak rəqəmləri 2023-cü ilin üçüncü rübündə artımı bərpa etməsə, agentliyin proqnozu dəyişə bilər.
Zəminə Hüseyn
Fins.az