ABŞ Federal Ehtiyatlar Sistemi (FED) çirkli pulların yuyulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmədiyi üçün "Deutsche Bank" və onun ABŞ-dakı törəmə şirkətlərini cərimələyib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, FED-in bəyanatında deyilir ki, 2015 və 2017-ci illərdə "Deutsche Ban"k ilə "təhlükəsiz və əsassız təcrübələr", sanksiyalara uyğunluq və çirkli pulların yuyulması ilə mübarizə ilə bağlı razılaşmaları pozduğuna görə, sözügedən bank 186 milyon dollar cərimə olunub.
Açıqlamada, "Deutsche Bank"ın sözügedən razılaşmalar çərçivəsində kifayət qədər irəliləyiş əldə etmədiyi və "Danske Bank"ın Estoniya filialı ilə əvvəlki əlaqələri ilə bağlı çirkli pulların yuyulması ilə bağlı daxili nəzarət və idarəetmə proseslərində zəif qaldığı bildirilib.
Zəminə Hüseyn
Fins.az